Əl Qaidədən növbəti terror aktı 20 ölü

Əl Qaidədən növbəti terror aktı 20 ölü

Burkina Fasonun paytaxtında təşkil edilmiş terror hücumu nəticəsində əsir götürülmüş şəxslərdən 30-u azad edilib, 20-yə yaxın insan isə həlak olub. SİA-nın BBC-ə istinadən verdiyi məlumata görə, silahlılar paytaxtda yerləşən "Ouagadougou's Splendid" hotelinin yaxınlığında bir avtomobilə bomba yerləşdirib. Partlayış sonrası isə kafeyə hücum ediblər.

Ölkənin rəsmi mətbuat xidmətinin rəhbəri Remis Dandjionun verdiyi məlumata görə, hazırda ərazi təhlükəsizlik qüvvələri tərəfindən mühazirəyə alınıb.

Terror aktının Əl Qaidə tərəfindən həyata keçirildiyi bildirilib.

Burkina Faso hökumətinin üzvü, Klement Savadaqonun İctimai İşlər üzrə naziri də hoteldən xilas edilənlər sırasında olub. Hadisədə xəsarət alan 33 nəfər xəstəxanaya yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə