Misirin Milli Müdafiə Şurası özünün Yəməndə ərəb ölkələrinin hərbi koalisiyası tərkibində iştirakının bir il müddətinə uzadılması barədə qərar qəbul edib. Şuranın Prezident Əbdülfəttah əs-Sisinin sədrliyi ilə keçən iclasında ölkənin milli mənafeyinin müdafiəsi məqsədi ilə Qırmızı dəniz regionundakı Bab-əl-Məndab boğazı rayonunda və Fars körfəzində Misir qoşunlarının iştirakı müddətinin uzadılması haqqında qərar qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB