İstanbulda törədilən terror aktından sonra Sultanəhməd məscidində ilk dəfə cümə namazı qılınacaq.

SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, baş nazir Əhməd Davudoğlu və Dəyanət İşləri Vəqfinin rəhbəri Mehmet Görməz Sultanəhməd məscidindəki cümə namazı mərasimində iştirak edəcəklər.

Qeyd edək ki, yanvarın 12-də Sultanəhməd meydanında törədilən terror nəticəsində 11 nəfər ölüb, 14 nəfər isə yaralanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB