Türkiyədə növbəti terror aktı 5 ölü, 36 yaralı

Türkiyədə növbəti terror aktı 5 ölü, 36 yaralı

Türkiyənin Diyarbəkir vilayətinin Çinar rayonunda PKK terrorçuları polis bölməsinə silahlı hücum edib. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, terrorçular tərəfindən törədilən partlayış nəticəsində biri uşaq olmaqla 5 nəfər ölüb, 36 nəfər yaralanıb. Əraziyə çox sayda polis və təcili yardım cəlb edilib. Polis bölməsinin binasına, ətrafdakı evlərə və ofislərə ciddi ziyan dəyib, bəzi küçələrdə elektrik enerji kəsilib. Hadisə yerindən qaçan terrorçuların yaxalanması üçün bölgədə əməliyyatlar davam edir. Bildirilir ki, terrorçular eyni anda üç müxtəlif yerə - polis şöbəsi, jandarm idarəsi və polis əməkdaşlarının xidməti mənzillərinə hücum edib. Xəstəxanalara yerləşdirilən yaralılardan vəziyyəti ağır olanlar var.

Qeyd edək ki, hələlik hadisə ilə bağlı rəsmi məlumat verilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə