Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xarici ölkələrdə fəaliyyət göstərən səfirlərlə görüşdəki çıxışında partlayışın Suriya əsilli terrorçu kamikadze tərəfindən törədildiyini vurğulayaraq, hadisəni şiddətlə qınayıb. Hadisə ilə əlaqədar Çankaya köşkündə keçirilən iclasdan sonra Baş nazirin müavini Numan Kurtulmuş, daxili işlər naziri Efkan Ala və səhiyyə naziri Mehmet Müəzzinoğlu mətbuat nümayəndələrinə açıqlama veriblər.
Baş nazirin müavini terrorçu kamikadzenin cəsədi üzərində aparılan ekspertizadan sonra onun 1988-ci il təvəllüdlü Suriya vətəndaşı olduğunun müəyyən edildiyini bildirib. O, terrorçu ilə əlaqəsi olan şəxslərin müəyyən edilməsi üçün təhlükəsizlik qüvvələri tərəfindən təhqiqat aparıldığını söyləyib. Yaralılardan ikisinin vəziyyətinin ağır olduğunu deyən N.Kurtulmuş bildirib ki, ölənlərin çoxu xarici ölkə vətəndaşlarıdır.
İstanbul Valiliyi partlayış nəticəsində 10 nəfərin həlak olduğunu, 15 nəfərin isə yaralandığını açıqlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB