KİV: Hurqadada otelə basqının hədəfi rusiyalı turistlər olub

KİV: Hurqadada otelə basqının hədəfi rusiyalı turistlər olub

Hurqadada otelə basqın etmiş iki misirlinin məqsədi rusiyalı turistlərə hücum etmək olub. Misir dövlət təhlükəsizlik xidmətinin prokurorluğu hadisə ilə əlaqədar istintaq aparır. Bu barədə xəbəri Misirin "Əl-Məsri əl-Yaum" nəşri istintaq məlumatlarına istinadla yayıb.

Saxlanılmış cinayətkar öz ifadəsində etiraf edib ki, onların əsas hədəfi RF-nin Suriyadakı hərbi əməliyyatları ilə əlaqədar rusiyalılara hücum etmək olub. Radikal əhval-ruhiyyəli cinayətkarlar xaricdə fəaliyyət göstərən silahlı islamçı qruplaşmalara qoşulmaq istəyiblər. Buna nail ola bilmədikdə onlar Hurqadada turistlərə hücum etməyi planlaşdırıblar.

Xatırladaq ki, yanvarın 8-də əllərində soyuq silah olan iki şəxs Hurqadadakı "Bella Vista Resort" otelində turistlərə hücum edib. Hücum nəticəsində 3 nəfər avropalı turist yaralanıb. Hücum edənlərdən biri polis tərəfindən öldürülüb, ikincisi isə yaralanaraq həbs edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə