Misirin yeni seçilmiş parlamenti yanvarın 10-da ilk iclasına toplaşıb. TASS informasiya agentliyi xəbər verir ki, sessiya ölkə parlamentinə seçilmiş 596 deputatın andiçmə mərasimi ilə başlayıb. Bu, Misir parlamentarizmi tarixində say etibarilə ən böyük rəqəmdir. Əgər hər deputata 25 saniyə vaxt ayrılsa, mərasim ümumilikdə dörd saatdan çox çəkəcək.
İclas nəzərdə tutulan vaxtdan yarım saat gec başlayıb. Belə ki, deputatlar təhlükəsizlik yoxlamasından vaxtında keçə bilməyiblər. Qahirənin mərkəzində yerləşən parlament binası önündə uzun növbə yaranıb.
Deputatlar gün ərzində spikeri və onun müavinlərini seçməlidirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB