Baş Nazirin müşaviri: “Pakistan vasitəçilik etməyə hazırdır” AÇIQLAMA

Baş Nazirin müşaviri: “Pakistan vasitəçilik etməyə hazırdır” AÇIQLAMA

Pakistan baş nazirinin Xarici Əlaqələr üzrə müşaviri Sərtac Əziz Pakistanın Səudiyyə Ərəbistanı ilə İran arasındakı gərginliyin azaldılmasında vasitəçilik etməyə hazır olduğunu bildirib.

SİA xarici mətbuata istinadən xəbər verir ki, Əziz Səudiyyə Ərəbistanı və İran arasındakı əlaqələrin gərgin olduğunu söyləyərək Pakistanın vasitəçilik rolu oynamaq üçün hazır olduğunu və uyğun zamanı gözlədiyini vurğulayıb.

Müşavir qeyd edib ki, Pakistan bəzi məzhəb mübahisələrin baş verməsini istəmir: "Buna görə də tərəflər deyilən hər sözə diqqət etməlidir. Terroristlərin iki ölkə arasındakı gərginlikdən faydalanmasını arzu etmirik".

Qeyd edək ki, Səudiyyə Ərəbistanı rəhbərliyi 2 Yanvarda aralarında Səudiyyə Ərəbistanı vətəndaşı şiə din adamı Ayətullah Nemri Mis ən-Nemrin də olduğu 47 adamı edam etdirdikdən sonra İranın edamlara sərt reaksiya göstərib. İranda Səudiyyə Ərəbistanının Tehran səfirliyi və Məşhəd şəhərindəki konsulluq binası etirazçılar tərəfindən yandırılıb. Riyad rəhbərliyi səfirlik və konsulluq binalarına istiqamətli hücumlardan sonra İran ilə diplomatik əlaqələrini kəsdiyini açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə