Fransada məscidlər qapılarını xalqın üzünə açdı

Fransada məscidlər qapılarını xalqın üzünə açdı

Fransada yerləşən 2500 məscid Şarl Hebdo terror hücümlarının 1 illiyi ilə bağlı xalqla qaynayıb-qarışmaq üçün "Açıq Qapı" adlı layihəyə start verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Fransada yaşayan müsəlmanlar layihə çərçivəsində qapı-qapı gəzərək insanları məscidlərə dəvət edirlər. Layihə təşkilatçıları bilidiriblər ki, məqsəd terror qarşı bərabərlik ruhunu aşılamaqdır: "Biz islamın əsl dəyərlərini göstərməklə yanaşı bu dinin şiddət və terrorizmlə bağlılığı barədə düşüncələri yox etməkdir".

Bütün xəbərlər Facebook səhifəmizdə