Almaniyanın kansleri Angela Merkel qaçqın böhranı ilə əlaqədar Türkiyəyə qarşı anlayışlı olmağın vacibliyini vurğulayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Merkel Türkiyənin 2 milyondan artıq qaçqını qəbul etdiyini söyləyib: "Bəs 500 milyon əhalisi olan Avropa Birliyi nə etdi? Avropa Birliyi qaçqınlar üçün nəzərdə tutduğu 3,5 milyard avroluq yardımı etməlidir. Biz Almaniya olaraq bu günə kimi yardım etdik və bundan sonra da edəcəyik".
Türkiyə Baş Naziri Əhməd Davudoğlu ilə telefonla danışdıqlarını bildirən kansler qaçqın böhranının həll edilməsi üçün Avropa Birliyinin Türkiyə ilə birgə iş aparmasının vacib olduğunu söyləyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB