Trampdan növbəti anti-müsəlman ADDIM

Trampdan növbəti anti-müsəlman ADDIM

İslamı və müsəlmançılığı hər imkanda tənqid edən ABŞ-ın Respublikaçılar partiyasından prezidentliyə namizədi Donald Tramp hicablı qadını salondan kənara çıxartdırıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın Respublikaçılar partiyasından prezidentliyə namizədi Donald Tramp salonların birində seçiciləri ilə görüşü zamanı orada olan hicablı müsəlman qadının bayıra çıxarılması göstərişini verib.

Qeyd edək ki, Tramp bundan əvvəl müsəlmanların ABŞ-a buraxılmaması qadağasının tətbiq olunması barədə çağırış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə