Yanvarın 9-da Yaponiyanın Kaqoşima prefekturasının cənub-qərb sahillərində 5,5 bal gücündə zəlzələ baş verib. Bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb. Zəlzələ ilə əlaqədar sunami təhlükəsi elan edilməyib.
Zəlzələnin episentri Amami adasının yaxınlığında, ocağı isə okeanın 30 kilometr dərinliyində yerləşib.
Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB