Ana oğlunun cinayətinə bəraət qazandırdı

"Çünki, xoşbəxt deyil"
Ana oğlunun cinayətinə bəraət qazandırdı

Texasda sərxoş idarə etdiyi avtomobillə 4 nəfəri öldürən yeniyetmənin anası oğlunun xoşbəxt olmadığını bildirərək onun bu hərəkətinə bəraət qazandırıb. SİA-nın Qərb mətbuatına istinadən verdiyi məlumata görə, 48 yaşlı ana Tonya Kaç oğluma Meksikaya qaçmaqda kömək etdiyinə üçün həbs edilib.

Tonya Kaç oğlunun aflunz* xəstəliyindən əziyyət çəkdiyi üçün qəza törətdiyini bildirib.

Tonya Kaçın vəkili bildirib ki, cinayətdə günahlandırılan 18 yaşlı oğlu Etanın qaçmasına şərait yaratdığı üçün o, 10 il müddətinə azadlıqdan məhrum edilə bilər.

* Aflunz – Maddi cəhətdən geniş imkanlara sahib, lakin heç bir şeydən razı qalmayan, mənəvi boşluğa uğrayan insanlarda yaranan psixoloji xəstəlik.

Bütün xəbərlər Facebook səhifəmizdə