Məşhur mafioz həbs edildi

Meksikanın narkotik lordu kimi tanınan Coqun El Kapo Quzman həbs edilib. SİA-nın CNN-ə istinadən verdiyi məlumata görə, 6 ay bundan öncə həbsdən qaçan mafioz təhlükəsizlik qüvvələri tərəfindən maksimum mühafizə ilə saxlanıldığı həbsxanaya geri göndərilib.

El Kapo iyul ayında saxlanıldığı həbsxanadan onun üçün qazılmış bir tunel vasitəsilə qaçıb. Narkotik lordu kimi tanınan meksikalı mafioz həyatından bəhs edən film çəkmək ümidi ilə bir sıra aktyor və istehsalçılarla görüşüb. Meksikanın baş prokuroru Areli Gomezin sözlərinə görə, bu zaman o, özünü ələ verib.

Mafioz Los Moçisdə yerləşən Sinalo şəhərindəki evində həbs edilib. Səhər baş tutan reydlər zamanı təhlükəsizlik qüvvələrinə müqavimət göstərən El Kapo bir müddətdən sonra qaçmağa çalışarkən ələ keçirilib.

Qarşıdurma zamanı 6 nəfər həlak olduğu bildirilib.

Meksika prezidenti Enriki Pena Nito El Kaponun həbs edilməsini qanunun ali qələbəsi kimi qiymətləndirib.

Bütün xəbərlər Facebook səhifəmizdə