Şimali Koreya və Cənubi Koreya arasındakı sərhəddə gedən gərginlik artıb. SİA-nın "Röyters" agentliyinə istinadən verdiyi məlumata görə, Şimali Koreyadan bununla bağlı rəsmi açıqlama verilib.
Cənubi Koreyanın son vaxtlar sərhəddə geniş hərbi təlimlər keçirməsi və sərhəd bölgəni atəşə tutması Şimali Koreyanın sərhəd bölgədə yaşayan əhalisini narahat edib.
Bununla bağlı verilən rəsmi açıqlamada Cənubi Koreyanın sərhəddə apardığı təbliğatı siyasətin iki dövləti müharibənin eşiyinə apardığı elan edilib.
Qeyd edək ki, Şimali Koreyanın çərşənbə günü keçirdiyi dördüncü nüvə sınağı ABŞ və Çini qəzəbləndirib. Bununla bağlı ABŞ hökuməti heç bir şəkildə xəbərdar edilməyib. Bu səbəbdən Şimali Koreyanın iddiaları ABŞ tərəfindən birmənalı qarşılanmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB