Rusiya Xarici İşlər Nazirliyindən Türkiyəyə kəskin ittihamlar səsləndirilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaharova rəsmi Ankaranı Suriyalı qaçqınların ölümünün məsuliyyətindən qaçmaqda ittiham edib.
Zaharova bildirib ki, Türkiyənin Baş naziri Əhməd Davudoğlu Rusiyanı Suriya rejiminə dəstək verməkdə günahlandırıb: "Amma rəsmi Ankara bilməlidir ki, Türkiyə sahillərində ölən Suriyalı qaçqınların tək məsuliyyəti Ərdoğan hakimiyyətinin üzərinə düşür. Bu işdə nə Rusiya, nə də BMT TŞ günahkardır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB