Avstraliya ərazisinə yaşı Yer kürəsindən də çox olan meteorit parçası düşüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, geoloqlar tərəfindən tapılan meteoritin təqribən 4,5 milyard il yaşı olduğu hesab edilir.
Ümumi çəkisi 1,7 kiloqram olan səma cismi Pert şəhərinin Kurtin Universitetinin alimləri tərəfindən araşdırılır. Alimlərin fikrincə meteorit Marsın orbitindən gəlib.
Meteorit parçasının elmi tədqiqatlar üçün çox əhəmiyyətli olduğu bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB