“İranla müharibə fəlakətin başlanğıcı olar”

“İranla müharibə fəlakətin başlanğıcı olar”

Səudiyyə Ərəbistanının müdafiə naziri Şahzadə Məhəmməd bin Salman şiə din adamı Nimr Baqir əl Nimrin də olduğu 47 məhkumun edam edilməsi və ölkəsinin İrandakı səfirliyinə edilən hücumların ardınca iki ölkə arasında yaranan diplomatik böhrana barədə danışıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, nazir "İki ölkə arasında müharibə baş verə bilərmi?" sualına "Bu qeyri-realdır və bunun olması üçün səy göstərən varsa onun ağlı başında deyil" formasında cavablandırıb.

Müdafiə naziri İranla müharibə ehtimalının olmadığını bildirib: "Səudiyyə Ərəbistanı ilə İran arasında ola biləcək müharibə bölgədə böyük bir fəlakətin başlanğıcı olar. Belə bir müharibəyə qətiyyətlə icazə verməyəcəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə