Parisdə baş verən terror aktında şübhəli bilinən şəxsin gizləndiyi yer Brüsseldə tapılıb. SİA-nın Qərb mətbuatına istinadən verdiyi məlumata görə, Belçika prokurorluğu Parisdə baş verən terror aktının iştirakçısının mənzilini müəyyənləşdirib.
Brüsselin Skarbik rayonunda müəyyən edilən mənzildən Salah Abdeslama məxsus barmaq izləri aşkar edilib. Mənzil həbs olan bir nəfərin adınadır və məlumata əsasən saxta ad ilə icarəyə götürülüb.

Qeyd edək ki, şübhəli şəxsin Parisdə baş verən terror aktında istifadə edilən partlayıcı maddələrdə də barmaq izləri aşkar edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB