Polis bölməsinə daxil olmağa çalışan şəxs öldürülüb

Polis bölməsinə daxil olmağa çalışan şəxs öldürülüb

Fransanın paytaxtı Parisin şimalındakı Goutte d'Or rayonunun polis bölməsinə əlində bıçaqla daxil olmağa çalışan bir nəfər polislər tərəfindən vurulub. Anadolu agentliyi xəbər verir ki, şahidlər polislərin şübhəli şəxsə dörd dəfə atəş açdığını bildiriblər. "Charlie Hebdo" hücumlarının ildönümü ərəfəsində polis bölməsinə zorla girməyə çalışan şəxsin üzərində partlayıcı maddə daşıdığı iddia edilir.

Fransa daxili işlər naziri Bernard Cazeneuve və Paris prokuroru Fransua Molinsin hadisə yerinə getməsi gözlənilir. Goutte d'Or istiqamətində bütün yollar polislər tərəfindən bağlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə