Ənənəvi Qar və Buz festivalı FOTOLAR

Ənənəvi Qar və Buz festivalı FOTOLAR

Çinin şimal-şərqində yerləşən Xarbin şəhərində ənənəvi Beynəlxalq Qar və Buz festivalına start verilib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, buzdan düzəldilmiş bina və qəsrlər, cizgi film qəhrəmanlarının heykəlləri, müxtəlif fiqurlar ziyarətçilərdə xüsusi maraq yaradır.

Festival təşkil olunduğu ərazi böyüklüyünə görə əvvəlki rekordunu yeniləyib. Belə ki, parkın yaradılması üçün 330 min kubmetr qardan istifadə olunub. On min insanın əməyi sayəsində ərsəyə gələn festival hava şəraitindən asılı olaraq bir aydan üç ayadək davam edə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə