İranın 500 metr dərinlikdəki gizli raket bazası VİDEO

İranın 500 metr dərinlikdəki gizli raket bazası VİDEO

İran ordusu daha bir yeraltı raket bazasını nümayiş etdirib. SİA-nın məlumatına görə, İran parlamentinin spikeri Əli Laricaninin baş çəkdiyi gizli bazada müxtəlif mobil qurğular üzərində quraşdırılmış "Emad" tipli uzaqmənzilli ballistik raketlərin olduğu məlum olub. Yeraltı bazanın 500 metr dərinlikdə yerləşdiyi deyilir.

Maye yanacaqla işləyən və 1700 kilometr mənzili olduğu deyilən "Emad" raketləri ötən ilin oktyabr ayında sınaqdan keçirilib.

Qeyd edək ki, İran prezidenti Həsən Ruhani raket proqramının genişləndirilməsi ilə bağlı Müdafiə Nazirliyinə xüsusi göstəriş verib.

Bütün xəbərlər Facebook səhifəmizdə