Mayk Tayson "Bitcoin-pul kisəsi"ni buraxıb

Mayk Tayson "Bitcoin-pul kisəsi"ni buraxıb

Sabiq boksçu Mayk Tayson "Bitcoin Direct" şirkəti ilə əməkdaşlığı çərçivəsində özünün xüsusi "Bitcoin-pul kisəsi"ni istifadəyə verib. Yeni "Bitcoin-pul kisəsi" Gildera birjası vasitəsilə bitkoin almaq və satmaq imkanı verir. Bundan əlavə, istifadəçilər öz valyutalarını istənilən Bitcoin-bankomatlarda saxlaya bilərlər.

"Dəmir" Maykın "Bitcoin-pul kisəsi"ndən iOS və Android istifadəçiləri yararlana bilərlər. Qeyd edək ki, 2015-ci ilin yayında Mayk Tayson Las-Veqasda öz Bitcoin-bankomatını təqdim etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə