Britaniya Avropa İttifaqından çıxır

Bununla bağlı yenidən danışıqlar aparılacaq
Britaniya Avropa İttifaqından çıxır

Baş nazir Devid Kemeron Böyük Britaniyanın Avropa İttifaqında qalması ilə bağlı yenidən danışıqlar aparacaq. 2017-ci ildə keçiriləcək referendumdan qabaq səsvermə kampaniyalarının təşkil edilməsinə dair hələlik qərar qəbul edilməyib. İndiyədək Britaniyanın Baş naziri ölkənin nazirlərinin Avropa İttifaqında qalması ilə bağlı kampaniyalar keçirməsinə icazə vermişdi, amma bəzi nazirlər qurumdan çıxmağın daha faydalı olacağını düşünürdülər.

Növbəti danışıqlardan sonra referendumdan əvvəlki səsvermə kampaniyalarının həm Avropa İttifaqında qalmaq, həm də təşkilatdan çıxmaqla bağlı aparılması planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə