ABŞ-ın Corciya ştatında, Atlantanın yaxınlığında moteldə girov götürülən 11 uşaq və bir qadın azad edilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, əməliyyat nəticəsində qadını və uşaqları girov götürən şəxs yaralanıb.
Qeyd edək ki, bu barədə "NBC News" məlumat yaymışdı. Məlumatda bildirilmişdi ki, ABŞ-ın Corciya ştatında, Atlantanın yaxınlığında 11 uşaq və bir qadın moteldə girov götürülüb. Girov götürən şəxs kişidir. Girovların ən kiçiyi 3 aylıq körpə, ən böyüyü isə 17 yaşındadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB