Küveyt də İrandakı səfirini geri çağırdı

Küveyt də İrandakı səfirini geri çağırdı

Küveyt İrandakı səfirini geri çağırıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, buna səbəb İranla Səudiyyə Ərəbistanın arasında yaşanan diplomatik qalmaqaldır.

Qeyd edək ki, Səudiyyənin aralarında şiə şeyxi olmaqla, 47 nəfəri edam etməsindən sonra iki ölkə arasında diplomatik əlaqələr kəsilib. Səudiyyə Ərəbistanı, ardınca Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və Sudan da Tehrandakı səfirlərini geri çağırmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə