Tehran Gürcüstanla danışıqlara başlayıb

Tehran Gürcüstanla danışıqlara başlayıb

Tehran Ermənistan vasitəsilə Gürcüstana təbii qazın nəql edilməsi üçün rəsmi Tiflislə danışıqlar aparır. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İranın Milli Qaz Şirkətinin nümayəndəsi Əli Rza Kamili məlumat verib.

Ə.Kamili bildirib ki, Gürcüstanla əldə olunmuş razılığa əsasən biz qazı Ermənistanla sərhədədək çatdırmalıyıq, Gürcüstan isə onu Ermənistanla sərhəddə almalıdır: " Bununla yanaşı razılaşma iqtisadi baxımdan Gürcüstan üçün sərfəli olmalıdır".

Məlumata görə, qaz tədarükünün həcmi 300-500 mln. kubfut təşkil etməlidir.

Ə. Kamili vurğulayıb ki, Gürcüstana tədarük olunacaq təbii qaz ancaq ölkənin daxili tələbatını ödəmək üçündür. Şirkət rəsmisi həmçinin qeyd edib ki, İran qazının Avropaya boru vasitəsi ilə nəql olunması məsələsi gündəmdə deyil. Çünki Avropa İttifaqı sıxılmış təbii qazın tədarükündə daha maraqlıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə