Türk hakerlər Rusiya nazirinin akkauntunu qırıblar

Türk hakerlər Rusiya nazirinin akkauntunu qırıblar

Türk hakerlər Rusiyanın rabitə naziri Nikolay Nikiforovun "Instagram" səhifəsini dağıdıblar. SİA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, nazirin sosial şəbəkədəki səhifəsində dərc olunan məlumatda akkauntun türk haker qrupu tərəfindən qırıldığı qeyd edilir.

Səhifədə, həmçinin, Türkiyə bayrağı və təyyarəsinin əks olunduğu, ingilis və türkcə imzalanmış bir neçə fotoşəkillər yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə