Dubayın mərkəzində dünyanın ən yüksək binası "Burc Xəlifə"nin yanında yerləşən 63 mərtəbəli mehmanxanada yanğın olub. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, onlarla mərtəbə alova bürünüb.
"Euronews" kanalı yanğın nəticəsində ən azı 1 nəfərin öldüyünü, 16 nəfərin isə xəsarət aldığını bildirib.
Qeyd edək ki, Dubayda yerləşən "Bürc Xəlifə" dünyanın ən hündür binasıdır və onun hündürlüyü 829,8 metrdir. Binanın tikintisi 2004-cü il sentyabrın 21-də başlanılıb və onun xarici hissəsinin tikintisi 2009-cu il oktyabrın 1-də başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB