THY 200-dən çox aviareysi ləğv edib

THY 200-dən çox aviareysi ləğv edib

Turkiyə Hava Yolları (THY) əlverişsiz hava şəraiti ilə əlaqədar 200-dən çox aviareysi ləğv edib. Anadolu xəbər agentliyi xəbər verir ki, THY-nin rəsmi internet səhifəsində yerləşdirilən açıqlamaya görə, dekabrın 31-də və yanvarın 1–də İstanbulun Atatürk və Sabiha Gökçen hava limanlarından ümumilikdə 200-dən çox uçuş ləğv olunub. Buna qarın yaratdığı çətinliklərin səbəb olduğu bildirilir.

Aviaşirkət sərnişinlərə məsləhət görür ki, uçuşlarla bağlı məlumatları dəqiqləşdirdikdən sonra yola çıxsınlar.

Bütün xəbərlər Facebook səhifəmizdə