Onlar terror aktı planlaşdırmaqda şübhəli bilinirmişlər
Ankarada iki nəfər həbs edilib

Türkiyə paytaxtının təhlükəsizlik idarəsi yeni il gecəsi terror aktı törətməyi planlaşdıran iki nəfəri həbs edib. Bu barədə məlumat Ankaranın baş prokurorluğu tərəfindən verilib. Anadolu informasiya agentliyi xəbər verir ki, şübhəlilər Yaqub Abdal məhəlləsində aparılan xüsusi əməliyyat zamanı saxlanılıb. Əməliyyat nəticəsində, həmçinin daha çox insanı qətlə yetirmək üçün dəmir parçaları ilə doldurulmuş partlayıcı maddələr də aşkarlanıb.

Terrorçuların İŞİD üzvü olduğu müəyyənləşdirilib. Onların Ankaranın Qızılay rayonundakı ticarət mərkəzində və barlar küçəsində partlayış törətməyi planlaşdırdıqları ehtimal edilir. Təhqiqatın məlumatına əsasən, hər iki şəxs Türkiyəyə Suriya ərazisindən daxil olub.

Bütün xəbərlər Facebook səhifəmizdə