Pakistanda terror 23 nəfər həlak olub

Pakistanda terror 23 nəfər həlak olub

Bu gün Pakistanın Mardan şəhərindəki Qeydiyyat Agentliyində törədilən terror aktı nəticəsində ən azı 18 nəfər həlak olub, 40-dək insan yaralanıb. Polis nümayəndəsi Sayed Vazir bildirib ki, terrorçu motosikletlə binanın həyətinə daxil olmaq istəyib, lakin qapıçı şübhələndiyindən onu içəri buraxmayıb. Bu zaman terrorçu motosikleti dəmir darvazaya çırpıb və partlayış baş verib.

Hadisə ilə bağlı cinayət işi açılıb.

Terror aktı nəticəsində həlak olanların sayı 23 nəfərə çatıb. Yaralılardan 8-nin vəziyyətinin ağır olduğu bildirilir. Partlayışa görə məsuliyyəti "Taliban" hərəkatına daxil olan "Djamat-ul-Axrar" qruplaşması öz üzərinə götürüb.

Bütün xəbərlər Facebook səhifəmizdə