80 mindən çox qaçqın Avstriyadan sığınacaq istəyib

80 mindən çox qaçqın Avstriyadan sığınacaq istəyib

Bu ilin ilk 11 ayı ərzində 80470 qaçqın Avstriya rəsmi qurumlarına siyasi sığınacaq üçün müraciət edib. Avstriya Federal Daxili İşlər Nazirliyinin məlumatına əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə sığınacaq üçün müraciət edən qaçqınların sayı 4 dəfəyədək çoxalıb. 2014-cü ildə 23860, 2013-cü ildə isə 15000 nəfər nazirlikdə qeydiyyata alınıb.

İl ərzində ölkə ərazisindən 641 min qaçqın keçərək Almaniya və digər Qərbi Avropa ölkələrinə pənah aparıb.

Qaçqınların mənsub olduğu ölkələr siyahısına Suriya, Əfqanıstan və İraq başçılıq edir. Avropaya qaçqın axınının davam edəcəyi təqdirdə növbəti il illik qaçqın müraciətlərinin sayının 120 minə yüksələcəyi proqnozlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə