Pakistanda dəhşətli terror aktı 18 ölü, 40 yaralı

Pakistanda dəhşətli terror aktı 18 ölü, 40 yaralı

Pakistanın Mardan şəhərində baş vermiş terror aktı nəticəsində 18 nəfər həlak olub, 40 nəfər isə yaralanıb. SİA-nın məlumatına görə, terror aktı kamikadze tərəfindən həyata keçirilib.

Pəncab rayonunun ilkin yardım xidmətinin əməkdaşları hadisə yerinə sövq edilib. Partlayış baş verən bölgədə çoxlu sayda təcili yardım maşını var.

Hazırda hadisə yerində xilasetmə işləri aparılır.

Terror aktını üstünə götürən təşkilat olmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə