12 yaşlı uşağı öldürdü Cəzasız qaldı

12 yaşlı uşağı öldürdü Cəzasız qaldı

ABŞ-da oyuncaq silahla oynayan 12 yaşlı uşağı öldürən polis cəzasız qalıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ABŞ-ın Klivlend şəhərində oyuncaq silahla oynayan 12 yaşlı qaradərili uşaq ağdərili polis tərəfindən qətlə yetirilib.

12 yaşlı Tamir Raysı güllələyən Tim Löhman haqqında məhkəmə işi başladılmayıb. Münsiflər bu haqda məhkəmə işi açmağa ehtiyac bilməyiblər.

Kuyahoqa əyalətinin prokuroru Timoti Makginti Raysın ölümünü "insan səhvi" kimi qiymətləndirib.

Qeyd edık ki, polisin uşağın əlindəki silahı həqiqi silah hesab edərək onu öldürdüyü bildirilib.

Hazırda ABŞ-da bu məsələ ilə bağlı etiraz aksiyaları keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə