Türkiyənin Təkirdağ vilayətinin Çorlu mahalında inşaat işində çalışan 17 yaşlı F.E. adlı şəxs prezidenti təhqir etdiyinə görə həbs edilib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 17 yaşlı gənc prezident Rəcəb Tayyib Ərdoğanı "facebook" profilindən təhqir etdiyi üçün həbs edilib.
Çorludan bir nəfər "155" polis qaynar xəttinə zəng edərək F.E.nin prezidenti təhqir etdiyini bildirib. Bu müraciətdən sonra F.E. adlı gəncin sosial şəbəkədəki fəaliyyəti araşdırılıb və daha o, sonra həbs edilib.
Hadisə ilə bağlı istintaq işi başladılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB