Rusiyanın Xarici İşlər Nazirliyi ABŞ-a müraciət edib. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Rusiyanın Xarici İşlər Nazirliyi sözçüsü Maria Zaharova ABŞ-ı Şərqi Avropada və Baltik ölkələrində hərbi bazalar qurmaqdan çəkinməyə çağırdı.
Zaharova bildirib ki, ABŞ Rusiyanı bahanə edərək bu ölkələrdə hərbi bazalar yaradır və irimiqyaslı hərbi hazırlıqlar aparır. Onun sözlərinə görə, əslində bu tədbirlər Avropanın təhlükəsizliyinə hesablanmayıb: "Bu tədbirlər Avropanın təhlükəsizliyini artırmır. Rəsmi Vaşinqtonun bu tədbirləri Avropadakı vəziyyəti daha da gərginləşdirir. Əslində ABŞ buradakı sabitliyi pozmaq istəyir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB