Mürsiyə hökm oxunacaq 2 yanvarda

Mürsiyə hökm oxunacaq 2 yanvarda

Mürsiyə hökm oxunma tarixi yanvarın 2-ə qədər gecikdirilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Qahirədə baş tutan məhkəmə prosesində Misirin keçmiş prezidenti Məhəmməd Mürsiyə və digər 10 şəxsə hökm oxunması tarixi yanvarın 2-ə qədər uzadılıb. 10 nəfərin Mürsi hakimiyyətdə olduğu zaman onun komandasında yer alan yüksək rütbəli hərbçilər olduğu vurğulanıb.

Qeyd edək ki, 2013-cü ildə hərbi çevriliş nəticəsində hakimiyyətdən devrilib həbs edilən Mürsi Qətər dövlətinə cəsusluqda və Misirin hərbi sirlərini Qətər hakimiyyətinə ötürməkdə günahlandırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə