Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 29-30 dekabr tarixlərində Səudiyyə Ərəbistan kralı Səlman Əbdüləzizin dəvəti ilə ölkəyə səfər edəcək. SİA-nın məlumatına görə, prezident rəsmi görüşdən əvvəl Səudiyyə Ərəbistan televiziyası "Əl Ərəbiyə"yə müsahibə verib.
Ərdoğan, İran, İraq, Suriya və Rusiyanın sentyabr ayında Bağdadda qurduqları birgə kəşfiyyat ittifaqına Türkiyənin qoşulmama səbəbini açıqlayıb.
Prezident bildirib ki, o, Putinin təşkilata qoşulma təklifini Rusiya təyyarəsi vurulmadan öncə rədd edib.
Türkiyə prezident məsələyə belə açıqlıq gətirib: "İran, İraq, Suriya və Rusiya birgə ittifaq qurdular və Türkiyənin də bu ittifaqa qoşulmasını istədilər. Lakin mən Putinə Əsədlə eyni tərəfdə ol bilməyəcəyimi daha öncədən demişdim".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB