Avropa Yeni ili terror aktı ilə qarşılayacaq! Xəbərdarlıq

Avropa Yeni ili terror aktı ilə qarşılayacaq! Xəbərdarlıq

Avstriya polisi Yeni il ərəfəsi Avropada terror aktının yarana biləcəyini açıqlayıb. SİA-nın Qərb mətbuatına istinadən verdiyi məlumata görə, əhalisi sıx olan şəhərlərin birində terror aktının reallaşa biləcəyi bildirilib.

Vyana polisinin yaydığı informasiyaya əsasən bu barədə gizli kəşfiyyat xidməti məlumat verib.

Terror aktının daha çox alış-veriş mərkəzlərində, çoxlu insan olan tədbirlərdə həyata keçirilməsi gözlənilir.

Kəşfiyyat xidmətinin məlumatına əsasən bəzi terrorçuların adları artıq bəllidir. Lakin faktla bağlı hələ yekun nəticə əldə olunmayıb.

Terror aktına qarşı təhlükəsizlik tədbirləri görülür.

Bütün xəbərlər Facebook səhifəmizdə