ABŞ-da tornado 18 ölü, 80 yaralı

ABŞ-da tornado 18 ölü, 80 yaralı

Amerika Birləşmiş Ştatlarının cənubi-şərqində güclü baş verib. SİA-nın Qərb mətbuatına istinadən verdiyi məlumata görə, tornado nəticəsində 18 nəfər həlak olub, 80 nəfər isə xəsarət alıb. Ölənlərin sayının hələ də artacağı ehtimal olunur.

Hadisə nəticəsində güclü daşqınlar yaranıb. Bununla əlaqədar yollar bağlanıb. ABŞ-ın Alabama ştatında ümumi 190 yol bağlanıb. Arkanzasdakı evlərin bir çoxu uçub. Missisipi şəhərində 400 evə zərər dəyib, onlardan 240-ı isə tamamilə çöküb.

Verilən məlumata əsasən, tornado hələ də bir neçə ştatda davam etməkdədir.

Bütün xəbərlər Facebook səhifəmizdə