Rusiya təşkilat liderini öldürdü

Rusiya təşkilat liderini öldürdü

Suriyada müxalifətçi qruplardan biri olan silahlı təşkilat Ceyşul İslamın lideri Rusiya hərbi qüvvələri tərəfindən öldürülüb. SİA-nın Qərb mətbuatına istinadən verdiyi məlumata görə, Suriyanin ən güclü müxalifətçi qruplarından biri hesab edilən Ceyşul İslamın lideri Zahran Alluş Rusiya hərbi təyyarələri tərəfindən öldürülüb.

Rusiya hərbi təyyarələri təşkilatın Suriyanın paytaxtı Dəməşqin Quta bölgəsində yerləşən mərkəzinə havadan hücum edib.

Qeyd edək ki, bir müddət əvvəl İŞİD-ə müharibə elan edən Zahran Alluş İŞİD-in Suriya hökuməti və İran dövlətinə bağlı olaraq fəaliyyət göstərdiyini iddia edirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə