Rusiya prezidenti Vladimir Putin ilin adamı seçilib. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, "Levada Center" ictimai araşdırma mərkəzi 48 bölgədə, 138 məskunlaşma səmtində yaşayan 1600 nəfərin fikrinə əsasən sorğu hazırlayıb.
Anket iştirakçılarının 56 faizi prezident Putini ilin adamı olaraq gördüklərini bildirib. İştirakçıların 10 faizi Rusiyanın Xarici İşlər naziri Sergey Lavrova səs verib. Anketdə iştitrak edənlərin 8 faizi isə Rusiyanın Müdafiə naziri Sergey Şoyquya ilin adamı kimi səs veriblər.
İlin qadınları isə iştirakçıların 6 faizlik səsi ilə Rusiya Federasiyası Şurasının sədri Valentina Matviyenko və Almaniyanın Baş naziri Anjela Merkel seçilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB