Fələstinin paytaxtı Qüdsdə fələstinli qruplarla israilli qruplar arasında qarşıdurma yaşanıb. SİA-nın Qərb mətbuatına istinadən verdiyi məlumata görə, tərəflər arasında atışma baş verib və nəticədə 15 fələstinli yaralanıb.
Yaralılardan 12-i plastik güllə ilə xəsarət alıb, 3 fələstinlinin isə bədəninin müəyyən hissələri yanıb.
Məlumata əsasən 29 fələstinli də israilli qrupların istifadə etdikləri gözyaşardıcı qaz bombalarından boğulma təhlükəsi yaşayıb.
İsrail radiosunun verdiyi məlumata görə isə Qərbi Şəriədə fələstinli qrupların atdığı daşlardan 4 israilli qadın yaralanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB