Axıska türkləri Rusiya zülmündən xilas oldu FOTO

Axıska türkləri Rusiya zülmündən xilas oldu FOTO

Ukraynada yaşan Axıska türkləri Türkiyənin Ərzincan şəhərinə köçüb. SİA-nın Anadolu Agentliyinə istinadən verdiyi məluamat görə, Rusiyanın Ukraynanın şərqində apardığı hərbi əməliyyatlara görə buranı tərk edən Axıska türkləri Türkiyənin Ərzincan şəhərinə köçüb.

Ailələrin Ərzincana gətirilməsi ilə bağlı təşkilatçılığı Türkiyənin Baş Nazirliyi həyata keçirib. Təlimat Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən verilib. İşlərin gedişinə Baş nazir Əhməd Davudoğlu nəzarət edib.

Axıska türklərinin Ukraynadan gətirilməsində Dünya Axıska Türkləri Təşkilatı, Türkiyənin Daxili İşlər Nazirliyi Miqrasiya İdarəsi, Türkiyənin Kiyevdəki səfirliyi və Ukraynanın rəsmi orqanlarının da təşkilatçılığı olub.

164 nəfərdən ibarət 45 ailə Ukraynadan Ərzincana şəxsi təyyarə gətirilib. Baş nazir müavini Yalçın Akdoğan Ukraynadan Ərzincana gətirilən ilk ailələr üçün Ərzincan hava limanında mərasim təşkil edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə