Yazda 1 milyon rus vətəndaşı yenə Türkiyədə olacaq

Yazda 1 milyon rus vətəndaşı yenə Türkiyədə olacaq

"Rusiya və Türkiyə arasında dostluq olmalıdır. Gərginliyin heç bir ölkəyə faydası yoxdur. Türkiyədə ev alan ruslar var. Onlar evlərini hələ satmayıblar. Həmin ruslar istirahət üçwn Türkiyəyə gələcəklər". SİA-nın məlumatına görə, bu fikirləri Rusiya Təhsil, Mədəniyyət və Əməkdaşlıq Dərnəyinin rəhbəri Rimma Rızayeva deyib.

O qeyd edib ki, türk və rusların birgə qurduqları 250 min ailə var: "Onların bu ölkələrdə babaları, nənələri, xalaları, bibiləri var. Ən pis ehtimalla yazda 1 milyon rus vətəndaşı yenə Türkiyədə olacaq".

Özünün həm Türkiyə, həm də Rusiya vətəndaşı olduğunu bildirən R.Rızayeva iki dövlət arasındakı gərginliyin tezliklə bitməsini istədiklərini deyib: "Bu gərginlikdən İsrail və Yunanıstan istifadə edərək rus turistləri öz ölkələrinə dəvət edir, kampaniyalar keçirirlər".

O, rus-türk uşaq yeni il şənliyinin bu il ilk dəfə konsulluğun binasında deyil, Şişli Bələdiyyəsi kənd mədəniyyət mərkəzində keçiriləcəyini bildirib. R.Rızayeva şənliyin sabah saat 10:00-da başlayacağını qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə