Putin 2015-ci ilin ən əhəmiyyətli hadisəsini açıqladı

Putin 2015-ci ilin ən əhəmiyyətli hadisəsini açıqladı

Rusiya prezidenti Vladimir Putin 2015-ci ilin ən əhəmiyyətli hadisəsini açıqlayıb. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Putin, Böyük Vətən Müharibəsi zəfərinin 70-ci illiyini 2015-ci ilin ən əhəmiyyətli hadisəsi kimi qeyd edib.

Kremldə baş tutan Yeni il tədbirində çıxış edən Putin 2015-ci ili qısaca təsvir edib: "Keçmişdən nəticələr çıxararaq gələcəklə bağlı yeni planlar qururuq. 2015-ci ildə bir çox hadisə oldu lakin mənim üçün ən vacib hadisə Böyük Vətən Müharibəsi zəfərinin 70-ci ildönümü idi. Bu qələbəni atalarımız və babalarımız qarşısında ləyaqətlə anırıq".

Qeyd edək ki, Rusiyanın İctimaiyyət Araşdırma Mərkəzi tərəfindən 2015-ci ilin əhəmiyyətli hadisənini müəyyən etmək məqsədilə anket tərtib edilib.

Anketin nəticələri belə olub: Rusiya vətəndaşlarının 43 faizinə görə, 2015-ci ilin ən əhəmiyyətli hadisəsi Rusiyanın Suriyada hərbi əməliyyatlara başlamasıdır. Vətəndaşların 26 faizinə görə 2015-ci ilin ən əhəmiyyətli hadisəsi Rusiya və Türkiyə arasında yaranan gərgin münasibət, 25 faizinə görə isə Ukrayna ilə baş verən hadisələrdir.

Bütün xəbərlər Facebook səhifəmizdə