Şaxta Baba Rusiyadadır

Şimali Amerika Hava Müdafiə Komandirliyinin (NORAD) "NORAD Santa" proqramı Şaxta Babanın bu il hədiyyə paylamağa Rusiyadan başladığını bildirib. SİA-nın məlumatına görə, 1955-ci ildən bu yana istifadə edilən "NORAD Santa" proqramı Şaxta Babanın bu il şimal qütbündən ilk olaraq Rusiyanın Çukotka Muxtar Bölgəsindəki Novoye Çaplino kəndinə getdiyini məlumat verib.

NOROD Şaxta Babanın dekabrın 24-dən başlayaraq bütün dünya ölkələrini gəzərək uşaqlara hədiyyə paylaması əfsanəsini virtual oyuna çevirib və hər il dünya üzrə Şaxta Baba üçün müəyyən rota təyin edir.

Bütün xəbərlər Facebook səhifəmizdə