Almaniyanın Baş naziri Angela Merkelin ağlatdığı fələstinli qaçqın qız Rem və onun ailəsinin Almaniyada qalma müddəti uzadılıb. SİA-nın Qərb mətbuatına istinadən verdiyi məlumata görə, Merkel iyulda miqrantlarla bağlı bir tədbirə qatılıb və tədbir zamanı miqrantlar haqda çıxış edib. Bu zaman fələstinli miqrant qız Rem Sahvil ağlamağa başlayıb.
Bu hadisə mətbuat tərəfindən beynəlxaql əlamə çatdırıldı və böyük diqqət çəkdi. Məhz bundan sonra Rem və onun ailəsinin Almaniyada qalma müddəti bir il daha uzadıldı.
Almaniyanın "Bild" qəzetinin məlumatına görə, 14 yaşlı Rem və ailəsinin ölkədə qalma müddəti 2016-cı ilin mart ayından 2017-ci ilin mart ayına qədər uzadılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB