Rusiya təyyarələri Suriyanın Hələb şəhərinin yaxınlığında yerləşən Azezdə iki xəstəxananı bombalayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, hücüm zamanı 6 nəfər həlak olub, 8 nəfər isə yaralanıb. Xəstəxanalardan birində azyaşlı uşaqlara, digərində isə böyüklərə xidmət göstərilir.
Hücum nəticəsində hər iki xəstəxanalara böyük ziya dəyib.
Qeyd edək ki, Rusiya təyyarələri Azezin şimalında yerləşən 3 kəndi də bombalayıb.
![]()
![]()
![]()
![]()
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB